logo

Sabah bir neçə rayonda qaz olmayacaq

21:49 22-11-2021 | icon 2247
Sabah bir neçə rayonda qaz olmayacaq

Qazıməmməd-Qazax yüksək təzyiqli magistral qaz kəmərində aparılacaq təmir işləri ilə əlaqədar sabah saat 09:00-dan işlər başa çatana qədər İsmayıllı rayonunun tam (İsmayıllı şəhəri və rayonunun 28 kəndi), Ağsu rayonunun 5 kəndinin, Göyçay rayonunun isə 7 kəndinin təbii qaz təchizatında fasilə yaranacaq.

YeniAvropa xəbər verir ki, bu barədə  Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin açıqlamasında bildirilir.

Qurum müvəqqəti narahatlığa görə abunəçilərdən üzr istəyib.