logo

MN: Ordumuzun erməni hərbçisini yaralanması xəbəri yalandır

20:40 22-11-2021 | icon 3087
MN: Ordumuzun erməni hərbçisini yaralanması xəbəri yalandır

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Ordumuzun Kəlbəcər istiqamətində yerləşən bölmələrinin guya atəş açması nəticəsində erməni hərbçinin yaralanması ilə bağlı Ermənistan mətbuatında yayılan məlumatları təkzib edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya daxil olan məlumatda bildirilib: “Azərbaycan Ordusunun Kəlbəcər istiqamətində yerləşən bölmələri tərəfindən guya atəş açılması nəticəsində bir erməni hərbçisinin yaralanması barədə Ermənistan mətbuatının yaydığı məlumat yalandır.

Bildiririk ki, həmin istiqamətdə bölmələrimiz tərəfindən hər hansı atəş açılmayıb, sakitlikdir”.