logo

COVID-19-a qarşı I mərhələ peyvənd olunanların sayı 5 milyon 50 min nəfəri ötüb

20:20 22-11-2021 | icon 2835
COVID-19-a qarşı I mərhələ peyvənd olunanların sayı 5 milyon 50 min nəfəri ötüb

Noyabrın 22-də Azərbaycanda 61 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vaksinasiya olunub.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 10, “buster” doza ilə peyvənd olunanların sayı isə 48 nəfər təşkil edir.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 10 milyon 292 min 495, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 5 milyon 50 min 605, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4 milyon 524 min 851 nəfər, “buster” doza ilə peyvənd olunanların sayı 717 min 39 nəfər təşkil edir.