logo

İlham Əliyev 4 ölkənin səfirinin etimadnaməsini qəbul edib

19:20 22-11-2021 | icon 1505
İlham Əliyev 4 ölkənin səfirinin etimadnaməsini qəbul edib

Prezident İlham Əliyev noyabrın 22-də Finlandiya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri xanım Kirsti Narinenin etimadnaməsini qəbul edib.

 YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Səfir Kirsti Narine Finlandiya prezidenti Sauli Niinistönün salamlarını dövlət başçısına çatdırıb və etimadnaməsini prezident İlham Əliyevə təqdim edib.

Azərbaycan prezidenti Finlandiya prezidentinin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Finlandiya dövlətinin başçısına çatdırmağı xahiş edib. Prezident İlham Əliyev Finlandiya prezidenti ilə ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində görüşlərini xatırladıb. Dövlət başçısı regionda vəziyyətin dəyişdiyini və regional əməkdaşlıq üçün geniş imkanların yarandığını vurğulayıb.

Səfir Kirsti Narine ölkələrimiz arasında çoxlu oxşarlıqların olduğunu deyıb, əlaqələrimizi genişləndirmək üçün imkanların mövcudluğunu qeyd edib. Səfir Azərbaycanın Qoşulmama Hərəkatına uğurlu sədrliyini yüksək qiymətləndirib.

Görüşdə Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlığın, regionda sülhün və sabitliyin gücləndirilməsi, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

***

Prezident İlham Əliyev noyabrın 22-də Uqanda Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Muhammad Tezikuba Kisambiranın etimadnaməsini qəbul edib. 0-2

***

Prezident İlham Əliyev noyabrın 22-də Nigeriya Federativ Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Yakubu Santuraki Suleymanın etimadnaməsini qəbul edib.

0-3_1

***

Prezident İlham Əliyev noyabrın 22-də Portuqaliya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Jaime Van Zellerin etimadnaməsini qəbul edib.

 0-3