logo

Sinoptiklərdən güclü külək və yağış xəbərdarlığı

18:08 22-11-2021 | icon 1617
Sinoptiklərdən güclü külək və yağış xəbərdarlığı

Sinoptiklər ölkə ərazisində gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar xəbərdarlıq ediblər.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən YeniAvropa-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında noyabrın 24-ü günün ikinci yarısından 25-i gündüzədək şimal-qərb küləyinin  sürətinin saniyədə 15-20 metr, arabir 23-25 metr, yarımadanın bəzi yerlərində arabir saniyədə 28 metrədək güclənəcəyi gözlənilir.

Havanın temperaturu ötən günlərlə müqayisədə 5-7° aşağı enəcək.

Azərbaycanın rayonlarında isə noyabrın 25-i şimal-qərb qərb rayonlarından başlayaraq 27-dək bəzi rayonlarda arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. 24-ü axşamdan 25-i gündüzədək qərb küləyinin arabir saniyədə 15-20 metr, bəzi yerlərdə arabir 23-28 metrədək güclənəcəyi gözlənilir. Havanın temperaturu ötən günlərlə müqayisədə 5-10° aşağı enəcək.

Çaylarda sululuğun artacağı ehtimalı var.