logo

Sahibə Qafarova Sankt-Peterburqda MDB PA-nın sessiyasında iştirak edəcək

17:52 22-11-2021 | icon 1505
Sahibə Qafarova Sankt-Peterburqda MDB PA-nın sessiyasında iştirak edəcək

Noyabrın 25-26-da Rusiyanın Sankt-Peterburq şəhərində MDB Parlamentlərarası Assambleyasının payız ssesiyası keçiriləcək.

YeniAvropa xəbər verir ki, MDB PA Şurasının sədri Valentina Matvienkonun sədrliyi ilə keçiriləcək tədbirdə MDB ölkələri parlamentlərinin heyətlərilə yanaşı, bir sıra beynəlxalq təşkilatların təmsilçilərinin, elm adamlarının, ekspertlərin də iştirak edəcəyi gözlənilir.

Noyabrın 25-də MDB PA-nın bir sıra daimi komitələrinin iclasları ilə yanaşı, “Səhiyyə xidmətlərinin hamıya şamil olunması və dayanıqlı inkişafın hədəfləri” adlı beynəlxalq konfransın da açılışı olacaq. Konfransda MDB PA parlament nümayəndə heyətləri, Ümumdünya Səhiyyə Təşkilatı Avropa regional bürosunun rəhbərləri iştirak edəcəklər.

Noyabrın 26-da MDB PA-nın 53-cü plenar iclası keçiriləcək.