logo

Azərbaycan və Ermənistan liderlərinin görüşü irəliyə doğru addım olacaq-ABŞ səfiri

17:15 22-11-2021 | icon 1442
Azərbaycan və Ermənistan liderlərinin görüşü irəliyə doğru addım olacaq-ABŞ səfiri

"ABŞ Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasına yönəlmiş əlaqələri dəstəkləyir".

 YeniAvropa xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Örl Lisenberger Azərbaycan və Ermənistan liderlərinin dekabrın 15-də Brüsseldə keçiriləcək “Şərq Tərəfdaşlığı” sammiti çərçivəsində gözlənilən görüşünü şərh edərkən bildirib.

“Bu görüş haqqında xəbəri görmək mənə xoş oldu. ABŞ iki ölkə liderlərinin təkbətək görüşünün baş tutması üçün inadla səy göstərdi. Ümid edirəm ki, bu görüş iki ölkə arasında münasibətlərin normallaşması istiqamətində irəli atılmış addım olacaq”, - deyə səfir vurğulayıb.

O, ABŞ-ın ölkələrlə birbaşa əlaqələrin qurulmasını dəstəklədiyini qeyd edib: “Bu iradəni alqışlayır və tərəflərin bundan istifadə edəcəyinə ümid edirik”.