Bakıda Azərbaycan-Koreya əməkdaşlığı müzakirə edilib
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov noyabrın 22-də Koreya Respublikasının prezidenti yanında Şimali İqtisadi Əməkdaşlıq Komitəsinin nazir statusunda sədri Çong Soo Park ilə görüşüb.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən YeniAvropa-ya bildirilib ki, görüş zamanı Koreya Respublikası ilə ölkəmiz arasındakı mövcud əməkdaşlıq səviyyəsindən məmnunluq ifadə olunub, yeni istiqamətlər üzrə əməkdaşlığın perspektivləri müzakirə edilib.
Görüşdə tərəflər Azərbaycan ilə Koreya Respublikası arasında əməkdaşlıq gündəliyinin bir çox məsələləri üzrə, xüsusilə də energetika, infrastruktur, nəqliyyat, informasiya texnologiyaları, alternativ enerji, investisiya, tikinti, təhsil sahələrində əməkdaşlığın inkişaf etdirilməsi ətrafında fikir mübadiləsi aparıblar.
Koreya Respublikasının iqtisadi əməkdaşlıq baxımından ölkəmiz tərəfindən prioritet ölkə kimi qiymətləndirildiyini qeyd edən nazir Ceyhun Bayramov dövlət səviyyəsində qarşılıqlı səfərlərin intensivliyinin artırılmasının mövcud münasibətlərə daha da təkan verilməsi baxımından mühüm əhəmiyyətə malik olduğunu bildirib.
Sonra nazir Ceyhun Bayramov bir il bundan əvvəl baş vermiş Vətən müharibəsi nəticəsində Azərbaycanın öz ərazi bütövlüyünü təmin etdiyi və nəticədə, bölgədə yaranmış reallıqların yeni nəqliyyat bağlantılarının inkişafı üçün əlverişli şərait yaratdığı barədə həmkarını məlumatlandırıb. Bu xüsusda, qarşı tərəfə Azərbaycanın təşəbbüsü və iştirakı ilə Şərq-Qərb, Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı istiqamətində həyata keçirilən infrastruktur layihələri haqqında məlumat verilib, işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı quruculuq işlərinə diqqət çəkilib.
Şimali İqtisadi Əməkdaşlıq Komitəsinin nazir statusunda sədri Çong Soo Park Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə keçirdiyi görüşü məmnunluqla qeyd edərək, görüş zamanı gələcək əməkdaşlıq planlarına dair prioritet məsələlərin müzakirə olunduğunu və bunun ölkələrimiz arasındakı əməkdaşlığın yeni mərhələyə yüksəlməsinə təkan verəcəyinə inamını ifadə edib.
Görüş zamanı tərəflər, habelə beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın genişləndirilməsi və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.
Azərbaycan Kuboku: “Qarabağ” “Neftçi”ni məğlub edərək finala yüksəlib
Qırğızıstan prezidentinin şərəfinə “Gülüstan” sarayında ziyafət verilib
Bayden Ukraynaya 61 milyard dollarlıq hərbi yardım haqda qanunu imzalayıb
İlham Əliyev və Sadır Japarov Çingiz Aytmatovun abidəsinin açılışında iştirak ediblər
“Bakcell” bütün ölkəni bulvardakı konsertə çağırır
Qırğızıstan prezidenti Şəhidlər xiyabanını ziyarət edib
“Air France”ın təyyarəsi Bakıya qəza enişi edib
2026-cı ilədək Cəbrayıl, Qubadlı, Zəngilana 40 min nəfər köçürüləcək
Qırğızıstan prezidenti sabah Ağdamda tikəcəkləri məktəbin təməlini qoyacaq
ABŞ Gürcüstana 13 milyon dollarlıq hərbi-texniki yardım edib
Şuşada elektrik avtobuslar istifadəyə veriləcək
Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi "BBC"yə müsahibə verib
Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun Nizamnamə fondu 100 milyon dollara çatır
Bakıda Azərbaycan-Başqırdıstan biznes- forumu keçirilib
Azərbaycanla Qırğızıstan arasında 18 sənəd imzalanıb
Qırğızıstan Ağdamda məktəb tikəcək
İlham Əliyev və Sadır Japarov mətbuata bəyanatlarla çıxış ediblər
Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb
HDQ və FHN-in “Dalğa-2024” birgə taktiki təlimi keçirilir
Laçındakı konfransda 30 ölkədən ekspertlər iştirak edirlər
Bakıda Azərbaycan-Qırğızıstan Dövlətlərarası Şurasının II iclası keçirilir
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub
Koreyanın 206 mindən çox avtomobilini geri çağırır
Sabah Bakıda 28° isti olacaq
Bakıda Sadır Japarovun rəsmi qarşılanma mərasimi olub