logo

Azərbaycan və İran prezidentlərinin  Aşqabadda görüşü keçirilə bilər

14:22 22-11-2021 | icon 1547
Azərbaycan və İran prezidentlərinin  Aşqabadda görüşü keçirilə bilər

Azərbaycan prezidenti İlham Əliyev İran prezidenti İbrahim Rəisi Türkmənistanın paytaxtı Aşqabadda keçirilməsi planlaşdırılan İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Zirvə görüşü çərçivəsində görüşə bilər. 

 YeniAvropa xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə noyabrın 22-də keçirdiyi mətbuat konfransında bildirib. 

O, Azərbaycan baş nazirinin müavini Şahin Mustafayevin İrana səfərinin mühüm olduğunu və konstruktiv keçdiyini də vurğulayıb.