logo

Bakıda mebel salonundan içində pul olan seyf oğurlayan yaxalanıb

12:55 22-11-2021 | icon 1533
Bakıda mebel salonundan içində pul olan seyf oğurlayan yaxalanıb

Bakıda mebel salonundan oğurluq edən şəxs tutulub. 

YeniAvropa xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. 

Bildirilib ki, Nizami rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 19-da rayon ərazisindəki mebel salonlarının birindən içərisində 1500 manat pul olan seyfi oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Z.Kərimov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.