logo

Serj Sarqsyan Antikorrupsiya Komitəsinə çağırıldı

12:02 22-11-2021 | icon 2415
Serj Sarqsyan Antikorrupsiya Komitəsinə çağırıldı

Ermənistanın keçmiş prezidenti Serj Sarqsyan korrupsiya qarşı mübarizə tədbirləri çərçivəsində ölkənin Antikorrupsiya Komitəsinə çağırılıb.

 YeniAvropa  “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu sabiq dövlət başçısının vəkili Amram Makinyan bildirib.

Onun sözlərinə görə, Serj Sarqsyan komitəyə təqsirləndirilən şəxs kimi çağırılıb.

Vəkil həmçinin, hüquqlarını müdafiə etdiyi şəxsin Antikorrupsiya Komitəsinə çağırılması barədə rəsmi bildiriş aldıqlarını da deyib.