logo

Co Bayden ikinci dəfə ABŞ prezidenti olmaq niyyətindədir

11:44 22-11-2021 | icon 2415
Co Bayden ikinci dəfə ABŞ prezidenti olmaq niyyətindədir

ABŞ prezidenti Co Bayden ikinci müddətə bu posta seçilmək barədə niyyətini bəyan edib.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  ki, prezident Demokratlar Partiyasının tədbirlərindən birində bu niyyətini açıqlayıb.

Lakin demokratların çoxu Baydenin ikinci müddətə irəli sürülməsinə şübhə ilə yanaşır. Çünki prezidentin artıq 79 yaşı var və onun amerikalılar arasında reytinqi aşağı düşməkdə davam edir.

Xatırladaq ki, noyabrın 19-da Bayden bağırsağında narkoz altında planlaşdırılmış əməliyyatın aparılması səbəbindən öz səlahiyyətlərini 85 dəqiqəlik müddətə vitse-prezident Kamala Harrisə həvalə edib.