logo

Naftalanda 23 yaşlı gənc özünü beşinci mərtəbədən atdı

09:29 22-11-2021 | icon 5593
Naftalanda 23 yaşlı gənc özünü beşinci mərtəbədən atdı

Naftalanda gənc oğlan intihara cəhd edib.

 YeniAvropa xəbər verir ki, hadisə Naftalan şəhərində yerləşən beş mərtəbəli binaların birində qeydə alınıb.

Belə ki, 1998-ci il təvəllüdlü E.Süleymanov özünü yaşadığı binanın 5-ci mərtəbəsindən ataraq intihara cəhd edib.

Ağır xəsarət alan gənc Gəncə şəhərində yerləşən xəstəxanaların birinə aparılıb.

Faktla bağlı araşdırmalara başlanılıb.