logo

Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti İranda səfərdədir

17:37 21-11-2021 | icon 2072
Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti İranda səfərdədir

Baş nazirin müavini, Azərbaycan ilə İran arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti Tehranda səfərdədir.

YeniAvropa xəbər verir ki, səfər çərçivəsində noyabrın 21-də Şahin Mustafayev İranın neft naziri Cavad Övci ilə görüşüb.

Görüşdə Azərbaycan ilə İran arasında neft və qaz sahəsində mövcud əməkdaşlığın qarşılıqlı faydalı və səmərəli olduğu vurğulanıb. Qaz mübadiləsi sahəsində mövcud razılaşmaların icra vəziyyəti müzakirə edilib və bu çərçivədə aparılan işlərin davam etdirilməsi məqsədəmüvafiq hesab olunub.

Eyni zamanda, əməkdaşlıq üçün geniş potensialın mövcud olduğu qeyd edilib, habelə neft və qaz sahəsində əməkdaşlığın dərinləşdirilməsi ətrafında faydalı müzakirələr aparılıb.

Görüşdə Azərbaycanın İrandakı səfiri Əli Əlizadə də iştirak edib.