logo

Putin Paşinyanla Qarabağı müzakirə etdi

13:21 21-11-2021 | icon 3451
Putin Paşinyanla Qarabağı müzakirə etdi

Rusiya Federasiyasının prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub.

 YeniAvropa xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

“2020-ci ilin 10 noyabr və 2021-ci ilin 11 yanvar tarixlərində imzalanmış üçtərəfli bəyanatların yerinə yetirilməsi kontekstində regiondakı vəziyyətin və onun sabitləşdirilməsi üçün görülən tədbirlərin müzakirəsi davam etdirilib. Nikol Paşinyan Rusiyanın fəal vasitəçilik səylərinə görə minnətdarlığını bildirib", -deyə məlumatda qeyd edilib.

Xatırladaq ki, bu, tərəflər arasında həftə ərzində baş tutan sayca ikinci telefon danışığıdır.