logo

Şamaxıda baş verən zəlzələdən dağıntı və insan tələfatı yoxdur-RƏSMİ

19:59 20-11-2021 | icon 1631
Şamaxıda baş verən zəlzələdən dağıntı və insan tələfatı yoxdur-RƏSMİ

Məlum olduğu kimi, bu gün yerli vaxtla saat 16:46-da Şamaxı ərazisində zəlzələ qeydə alınıb və bir sıra rayonlarda, habelə paytaxt Bakı şəhərində hiss edilib.

Daxili İşlər Nazirliyindən(DİN) YeniAvropa-ya bildirilib ki, zəlzələnin nəticəsi itkisiz ötüşüb.

“Zəlzələnin qeydə alındığı və hiss edildiyi ərazilərdə xoşbəxtlikdən dağıntı, insan tələfatı və xəsarətlə nəticələnən hadisə qeydə alınmayıb”, - deyə DİN-in məlumatında qeyd edilir.