logo

Şamaxıda baş verən növbəti zəlzələ 4,5 bal gücündə olub

19:30 20-11-2021 | icon 2303
Şamaxıda baş verən növbəti zəlzələ 4,5 bal gücündə olub

Şamaxı rayonunda gün ərzində növbəti zəlzələ baş verib.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən YeniAvropa-ya bildirilib ki, yeraltı təkanlar yerli vaxtla saat 16:48-də Pirqulu seysmoloji stansiyasından 14 kilometr cənubda qeydə alınıb.

Ocağı 42 kilometr dərinlikdə yerləşən zəlzələnin maqnitudası 4.5-ə bərabər olub. Zəlzələ episentrdə 4 bala qədər hiss edilib.

Xatırladaq ki, bu gün yerli vaxtla saat 16:46-da Pirqulu seysmoloji stansiyasından 20 kilometr cənubda - Şamaxı rayonu ərazisində yeraltı təkanlar qeydə alınıb. Ocağı 42 kilometr dərinlikdə yerləşən zəlzələnin maqnitudası 5.1-ə bərabər olub. Yeraltı təkanlar episentrdə 5, ətraf rayonlarda 4-3 bala qədər hiss olunub.