logo

Bakıda “COVID-19"la bağlı beynəlxalq elmi konfrans keçirilir

10:10 20-11-2021 | icon 1701
Bakıda “COVID-19"la bağlı beynəlxalq elmi konfrans keçirilir

Bakıda “COVID-19: Erkən və Gecikmiş Fəsadlar” mövzusunda Beynəlxalq Elmi Konfrans keçirilir.

YeniAvropa xəbər verir ki,  tədbirin təşkilatçısı qismində Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsi Elmi-Təcrübi və Tədris Mərkəzi, Mərkəzi Gömrük Hospitalı və Mərkəzi Gömrük Hospitalının rəsmi tərəfdaşı "Florence Nightingale" Xəstəxanalar Qrupu çıxış edirlər.

Konfrans  “18-24 noyabr Ümumdünya Antibiotiklərlə Bağlı Maarifləndirmə Həftəsi” çərçivəsində təşkil olunub.