logo

Türkiyə daha bir ölkəyə "Bayraktar TB2” satacaq

21:58 19-11-2021 | icon 2401
Türkiyə daha bir ölkəyə "Bayraktar TB2” satacaq

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dünən nigerli həmkarı Məhəmməd Bazum ilə telefon danışığı aparıb.

YeniAvropa xəbər verir ki, bu barədə "Anadolu" agentliyi yazıb.
 
Ərdoğan Nigerin Türkiyədən "Bayraktar TB2” pilotsuz uçuş aparatları, "Hürkuş” təlim təyyarələri və müxtəlif zirehli maşınlar alacağını bildirib.
 
O, bu silahların Niger ordusu və təhlükəsizlik qüvvələrinin imkanlarını artıracağını bildirib.
 
Türkiyənin "Baykar Makina” şirkəti tərəfindən istehsal edilən "Baykratar TB2” PUA-ları əsasən qurudakı hədəflərə ağıllı raketlərlə zərbə endirmək üçün nəzərdə tutulub. PUA-lar Liviya və Suriyada Türkiyə tərəfindən, Qarabağda Azərbaycan tərəfindən düşmənə qarşı uğurla istifadə edilib.