logo

Mixeil Saakaşvili bu gün Qoridəki hərbi hospitala köçürüləcək

20:30 19-11-2021 | icon 2387
Mixeil Saakaşvili bu gün Qoridəki hərbi hospitala köçürüləcək

Tbilisidə həbsxana klinikasında saxlanılan Mixeil Saakaşvili bu gün Qoridəki hərbi hospitala köçürüləcək.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir ki, bu barədə onun vəkili Nika Qvaramiya jurnalistlərə məlumat verib.

Onun sözlərinə görə, eks-prezident hospitala yerləşdiriləndən sonra aclıq aksiyasını dayandıracaq.

Qeyd edək ki, M.Saakaşvili oktyabrın 1-də Tbilisidə saxlanılıb. Rustavidəki 12 saylı həbsxanaya yerləşdirilmiş siyasətçi noyabrın 8-də Tbilisidəki Qldani türməsinin müalicə müəssisəsinə yerləşdirilib. Artıq 50 gündür aclıq aksiyası keçirən keçmiş prezidentin ötən gün vəziyyəti pisləşib.