logo

Yeni Azərbaycan Partiyası üzvlərinin sayı 800 min nəfərə çatır

16:49 19-11-2021 | icon 1750
Yeni Azərbaycan Partiyası üzvlərinin sayı 800 min nəfərə çatır

Hakim Yeni Azərbaycan Partiyasının(YAP) üzvlərinin sayı açıqlanıb.

 YeniAvropa xəbər verir ki, bu barədə YAP sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov məlumat verib. Bildirib ki, hazırda partiyanın sıralarında 800 minə yaxın insan var.

"YAP ötən 29 il ərzində şərəfli və nümunəvi yol keçib, ümumxalq partiyasına çevrilib. Cənubi Qafqazın ən böyük partiyası olan YAP bu gün inkişaf edir", - deyə o, vurğulayıb.