logo

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “Qrant Siyasəti” sənədi ilə bağlı ictimai müzakirələr aparılacaq

15:09 19-11-2021 | icon 525
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “Qrant Siyasəti” sənədi ilə bağlı ictimai müzakirələr aparılacaq

Noyabrın 19-da Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib.

YeniAvropa xəbər verir ki, iclasda Agentliyin “Qrant Siyasəti” sənədi müzakirə olunub. Sənədin qeyri-hökumət təşkilatının iştirakı ilə ictimai müzakirəsinin keçirilməsi və təkliflərin toplanması qərara alınıb.

Eyni zamanda iclasda “Maraqlar münaqişəsinin istisna olunması qaydası” layihəsinin və Agentliyin loqotipinin təsdiq olunması məsələlərinə baxılıb və hər iki məsələ ilə əlaqədar qərar qəbul edilib.