logo

Paytaxtda 11 evdən su sayğacı oğurlayan şəxs saxlanılıb

14:49 19-11-2021 | icon 1526
Paytaxtda 11 evdən su sayğacı oğurlayan şəxs saxlanılıb

Paytaxtın Binəqədi rayonunda müxtəlif ünvanlarda “Azərsu” ASC tərəfindən quraşdırılan 11 ədəd su sayğacını oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya verilən məlumata görə, Binəqədi qəsəbəsində qeyd edilən oğurluqları törətməkdə şübhəli bilinən Teymur Allahverdiyev rayon polis idarəsinin 43-cü polis bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində tutularaq istintaqa təqdim edilib.

Həmin şəxs ifadəsində oğurladığı sayğacları hissələrə ayıraraq metal qəbulu məntəqələrinə satdığını bildirib. Oğurlanan sayğaclardan bir qismi saxlanılan şəxsdən aşkarlanaraq maddi sübut kimi götürülüb.

Faktlarla bağlı 43-cü polis bölməsində toplanan materiallar Binəqədi Rayon Polis İdarəsinə göndərilib. Onun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Binəqədi rayon Polis İdarəsinə, ərazi üzrə polis orqanlarına, həmçinin 102 - Xidməti-Zəng Mərkəzinə və nazirliyin rəsmi sosial şəbəkə hesablarına məlumat verə bilərlər.