logo

Ukrayna “Bayraktar”lardan istifadəni genişləndirəcək

14:24 19-11-2021 | icon 2233
Ukrayna “Bayraktar”lardan istifadəni genişləndirəcək

Ukrayna Türkiyənin istehsal etdiyi “Bayraktar TB2” pilotsuz uçuş aparatlarından istifadəni genişləndirəcək.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu barədə Kiyevdə “Baykar" şirkətinin baş direktoru Haluk Bayraktarın Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Valeri Zalujnı ilə görüşündə razılıq əldə olunub.

Görüşdə Ukrayna Silahlı Qüvvələrində pilotsuz aviasiya üzrə daimi işçi qrupun yaradılmasını müzakirə edilib.

Valeri Zalujni Ukrayna Silahlı Qüvvələrinə göstərdiyi dəstəyə görə Haluk Bayraktara təşəkkürünü bildirib. Qeyd edib ki, Ukrayna Türkiyənin pilotsuz uçuş aparatlarından geniş istifadə etməkdə maraqlıdır.

Görüşdə hər iki tərəfi maraqlandıran digər məsələlər də müzakirə olunub.