logo

Paytaxtda taksi sürücülərinə qarşı dələduzluq edən 18 yaşlı qız saxlanılıb

13:53 19-11-2021 | icon 1582
Paytaxtda taksi sürücülərinə qarşı dələduzluq edən 18 yaşlı qız saxlanılıb

Daxili İşlər Nazirliyi (DİN) taksi sürücülərini aldadan qadınla bağlı məlumat yayıb.

DİN-in mətbuat xidmətindən Yemiavropa-ya bildiriblər ki, bir neçə gün öncə xəbər saytlarında və sosial şəbəkələrdə Bakı şəhəri ərazisində yeniyetmə qızın taksi xidmətlərindən istifadə edərək gedəcəyi ünvana çatdıqdan sonra gediş haqqını ödəmədən, o cümlədən müxtəlif bəhanələr gətirərək sürücüləri aldadıb onlardan 20-30 manat pul aldıqdan sonra yaxınlıqda olan çoxmərtəbəli binalara daxil olaraq qayıtmadığı barədə məlumat paylaşılıb.

Polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində həmin qızın paytaxtın Yasamal rayonunda yaşayan 18 yaşlı Səriyyə İsmayılova olması müəyyənləşdirilib. O, saxlanılaraq polis idarəsinə gətirilib və törətdiyi hüquqazidd əməlləri etiraf edib.

DİN-in məlumatında qeyd edilir ki, S.İsmayılovanın hüquqazidd əməlləri ilə bağlı Bakı şəhəri üzrə ərazi polis orqanlarına heç bir şikayət xarakterli müraciət daxil olmayıb.

Hazırda faktla bağlı müvafiq araşdırmalar davam etdirilir.