logo

Vilayət Eyvazov Bayram Səfərovun oğluna vəzifə verdi

12:29 19-11-2021 | icon 1512
Vilayət Eyvazov Bayram Səfərovun oğluna vəzifə verdi
Daxili İşlər orqanlarında yeni təyinat olub.

YeniAvropa xəbər verir ki, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

 
Əmrə əsasən, polis polkovnik-leytenantı Xəlil Bayram oğlu Səfərov "Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin mühafizə şöbəsinə rəis təyin edilib.
 
Qeyd edək ki, Xəlil Səfərov Şuşa rayon icra hakimiyyətinin başçısı Bayram Səfərovun oğludur.
 
O, bundan əvvəl Baş Mühafizə İdarəsinin mühafizə hissə rəisi vəzifəsində çalışıb.