logo

Ölkədə 3174 istixana fəaliyyət göstərir

11:49 19-11-2021 | icon 2471
Ölkədə 3174 istixana fəaliyyət göstərir

2021-ci il oktyabr ayının 1-nə ölkədə ümumi sahəsi 1,5 min hektar olan 3174 istixana fəaliyyət göstərib.

 YeniAvropa xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən verilən məlumatda  bildirilib.Qeyd edilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə istixanalarda yetişdirilən əsas məhsullardan olan pomidorun istehsalı 19,8 faiz artaraq 279,1 min ton və xiyarın istehsalı 24,2 faiz artaraq 18,2 min ton olub.