logo

Bu gün ilin sonuncu Ay tutulması olacaq

09:20 19-11-2021 | icon 1491
Bu gün ilin sonuncu Ay tutulması olacaq

Bu gün ilin sonuncu Ay tutulması hadisəsi baş verəcək.

AMEA-nın Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından YeniAvropa-ya bildirilib ki,bu təbiət hadisəsi zamanı Ayın bir hissəsi Yerin kölgə konusundan (Umbra) keçəcək. Bu cür tutulmaya qismən Ay tutulması deyilir.

Tutulma hadisəsi Bakı vaxtı ilə saat 11:18:41-də başlayacaq, saat 14:47:04-də isə başa çatacaq. Ümumilikdə 2 saat 28 dəqiqə davam edəcək tutulmanın maksimum həddi saat 13:02:55-də olacaq.

Qeyd edək ki, Ay tutulması Amerika, Şimali Avropa, Şərqi Asiya, Sakit okean və Avstraliyada müşahidə ediləcək. Tutulma zamanı Ay üfüqdən aşağıda olduğuna görə bu təbiət fenomeni Azərbaycanda izlənilməyəcək.