logo

Gürcüstan parlamentində Azərbaycan-Ermənistan sərhədindəki vəziyyət müzakirə olunub

20:40 18-11-2021 | icon 1652
Gürcüstan parlamentində Azərbaycan-Ermənistan sərhədindəki vəziyyət müzakirə olunub

Tbilisidə səfərdə olan Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar Gürcüstan parlamentinin Xarici əlaqələr üzrə komitəsinin sədri Nikoloz Samxaradze ilə görüşüb.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu barədə Gürcüstan parlamentinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, görüşdə regional təhlükəsizlik və Cənubi Qafqazda baş verən proseslər müzakirə olunub.

Söhbət zamanı son günlər Azərbaycan-Ermənistan sərhədində yaranmış gərgin vəziyyət xüsusi diqqət mərkəzində olub.

N.Samxaradze Gürcüstan hökumətinin bölgədə sülh təşəbbüsünün önəmini vurğulayıb.

Xüsusi nümayəndə bildirib ki, Cənubi Qafqazda sülh və sabitliyin qorunub saxlanması çox vacibdir. Avropa İttifaqı bölgədə gedən prosesləri diqqətlə izləyir.