logo

Lavrov sabah Moskvada ATƏT-in sədri ilə Qarabağı müzakirə edəcək

17:57 18-11-2021 | icon 1820
Lavrov sabah Moskvada ATƏT-in sədri ilə Qarabağı müzakirə edəcək

Rusiyanın xarici işlər naziri Sergey Lavrov noyabrın 19-da Moskvada ATƏT-in hazırkı sədri, İsveç XİN-in başçısı Ann Linde ilə Qarabağda və Dnestryanı bölgədəki vəziyyətin nizamlanmasında ATƏT-in köməyini müzakirə edəcək.

YeniAvropa xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər nazirliyi məlumat yayıb.

Qeyd olunur ki, tərəflər Qarabağda və Dnestryanı bölgədəki vəziyyətə, həmçinin təşkilatın Cənubi Qafqazda sabitlik və təhlükəsizlik üzrə Cenevrə diskussiyalarında vasitəçiliyinə dair məsələlərə toxunacaq, 2003-cü ildən ATƏT-in Asiya tərəfdaşı rəsmi statusuna malik olan Əfqanıstandakı böhrandan əziyyət çəkən Mərkəzi Asiya dövlətlərinə kömək göstərilməsində ATƏT-in mühüm rolunu müzakirə edəcəklər.

Bundan əlavə, tərəflər Avropa təhlükəsizliyi sahəsində və Avropada adi silahlar üzərində nəzarət rejiminin gücləndirilməsi işlərinin cari vəziyyətini nəzərdən keçirmək niyyətindədirlər.