logo

AFFA-nın nümayəndəsi Çempionlar Liqasının oyununa təyinat alıb

15:45 18-11-2021 | icon 3080
AFFA-nın nümayəndəsi Çempionlar Liqasının oyununa təyinat alıb

AFFA-nın Hakimlər Komitəsinin sədri Fritz Stuçlik növbəti təyinat alıb.

YeniAvropa xəbər verir ki, o, UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək “Şeriff” (Moldova) – “Real Madrid” (İspaniya) oyununun hakim-inspektoru olacaq.

Matç noyabrın 25-də Tiraspol şəhərindəki “Şeriff” stadionunda keçiriləcək.