logo

ATƏT sədri Ceyhun Bayramovla regiondakı vəziyyəti müzakirə edib

14:41 18-11-2021 | icon 420
ATƏT sədri Ceyhun Bayramovla regiondakı vəziyyəti müzakirə edib

ATƏT-in fəaliyyətdə olan sədri, İsveçin xarici işlər naziri Ann Linde və Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov arasında telefon danışığı olub.

YeniAvropa xəbər verir ki, bu barədə Ann Linde özünün "Tvitter" hesabında məlumat paylaşıb.

Telefon danışığı zamanı regiondakı son vəziyyət müzakirə olunub.

“Mən tərəfləri deeskalasiya prosesinə davam etməyə çağırdım. Minsk qrupunun həmsədrləri və şəxsi nümayəndəmin fəaliyyətinə dəstəyimi bir daha təkrar etdim”, -deyə ATƏT sədri  paylaşımında qeyd edib.