logo

Xanlar Fətiyev yenidən prezident oldu

14:08 18-11-2021 | icon 2807
Xanlar Fətiyev yenidən prezident oldu

Noyabrın 18-də Gənclər və İdman Nazirliyində Azərbaycan Üzgüçülük Federasiyasının hesabat-seçki yığıncağı keçirilib.

YeniAvropa xəbər verir ki, konfransda gənclər və idman naziri Fərid Qayıbov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Azərbaycan Üzgüçülük Federasiyasının prezidenti Xanlar Fətiyev, eləcə də idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Hesabat-seçki yığıncağında Azərbaycan Üzgüçülük Federasiyasının rəhbərliyinə yeni seçkilər keçirilib. Səsvermə nəticəsində Xanlar Fətiyev yenidən federasiyanın prezidenti seçilib.

Tədbirdə çıxış edən Ç.Hüseynzadə federasiyanın fəaliyyətinin ötən dövrdə qənaətbəxş olduğunu bildirib. Federasiyanın fəaliyyətində gender bərabərliyinə də diqqət yetirilməsinin vacibliyini vurğulayan Ç.Hüseynzadə deyib: “Gender bərabərliyinin təmin olunması ilə bağlı işlərin görülməsi vacibdir. Digər məsələ isə federasiyanın adı ilə bağlıdır. Üzgüçülük Federasiyasına suyatullanma, sinxron üzgüçülük və digər növlər daxildir. Buna görə federasiyanın adının da uyğun seçilməsi tövsiyə edilir”.

Xanlar Fətiyev çıxış edərək qarşıda idmançılarımızı bir sıra nüfuzlu yarışların, o cümlədən Olimpiya Oyunlarının gözlədiyini bildirib. O, gələcəkdə daha böyük uğurların qazanılması üçün lazımi işlərin görüləcəyini vurğulayıb. Federasiya prezidenti iclasda qaldırılan məsələlərin yerinə yetirilməsi üçün səylə çalışacaqlarını qeyd edib.

Qeyd edək ki, Xanlar Fətiyev son iki çağırış Milli Məclisinin deputatı olub. Bundan əlavə o,  Gəncə Futbol Federasiyasının sədri, 2004-cü ildən isə Gəncə avtomobil zavodunun direktoru vəzifəsində işləyir.