logo

Azərbaycanda ədliyyə generalı vəfat etdi

13:59 18-11-2021 | icon 1547
Azərbaycanda ədliyyə generalı vəfat etdi

Azərbaycanda general vəfat edib.

YeniAvropa xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat paylaşılıb. Qeyd edilib ki, III dərəcəli dövlət ədliyyə müşaviri, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin beynəlxalq hüquq əməkdaşlığı idarəsinin rəisi ədliyyə general-mayoru Zavər Qafarov noyabrın 17-də 68 yaşında dünyasını dəyişib.

O, ürək tutmasından vəfat edib.

Qeyd edək ki,Zavər Qafarov 1953-cü ildə anadan olub. Uzun illər ədliyyə orqanlarında çalışıb.

Ötən il, o, ədliyyə naziri Fikrət Məmmədovun əmri ilə beynəlxalq hüquq əməkdaşlığı idarəsinin rəisi vəzifəsindən azad edilərək  təqaüdə göndərilib.

Başqa bir əmrlə isə Z. Qafarov Ədliyyə Akademiyasında dekan vəzifəsinə təyin olunub.

Allah rəhmət eləsin!