Azərbaycanda yeni doğulan hər 1000 uşağın 8-i ürək qüsurludür
Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, uşaq kardioloqu Elnur Həsənov hamiləlik dövrü və yenidoğulmuşlarda rast gəlinən ürək qüsurları barədə məlumat verib.
YeniAvropa həmin müsahibəni təqdim edir:
- Anadangəlmə ürək qüsurlarının rastgəlmə tezliyi nə qədərdir və bu proses hansı faktorlarla bağlıdır?
- Hazırda anadangəlmə ürək qüsurları ilə rastlaşma tezliyi dünyanın müxtəlif ölkələrində fərqli diapazonlarda dəyişir. Azərbaycanda yeni doğulan hər 1000 uşağın 7-8-i ürək qüsurlu olur. Əslində, bu kiçik populyasiyalar üçün ciddi göstəricidir. Ürək qüsurları bətndaxili inkişafın müxtəlif dövrlərində bir çox faktorların təsiri nəticəsində əmələ gələ bilər. Buna gen, xromosom səviyyəsində olan dəyişikliklər, embriogenezin ürəyin formalaşmağa başladığı dövrünə təsadüf edən pozuntular və ya hamiləlik dövründə ana orqanizminə təsir edən dərman qəbulu, alkoqol və ya siqaret istifadəsi, digər zərərli vərdişlər kimi xarici faktorlar aiddir. Molekulyar səviyyədə baş verən dəyişikliklərə xromosom və gen anomaliyalarını misal göstərmək olar. Bunlardan biri xromosom artıqlığı səbəbi ilə yaranan Daun sindromudur. Həmin xəstələrin təxminən 40 faizi ürək qüsuru ilə anadan olur. Qüsurlu xəstələrin demək olar ki, əksəriyyəti erkən yaşda cərrahi müdaxiləyə ehtiyac duyur.
Ümumilikdə, 2020-ci il ərzində Azərbaycanda 18 yaşına qədər qan-damar sistemi xəstəliklərindən əziyyət çəkən 12 min 465 uşaq, anadangəlmə anomaliyalar (inkişaf qüsurları), deformasiyalar və xromosom pozuntuları problemi ilə isə 2021 uşaq qeydiyyata alınıb.
- Hamiləlik dövründə belə xəstələrə hansı laborator və instrumental müayinə metodlarının köməkliyi ilə diaqnoz qoyula bilər? Ümumilikdə dəqiq diaqnoz qoymaq mümkündürmü?
- Hamiləlik həm qadın orqanizmi, həm də inkişaf edən uşaq orqanizmi üçün ciddi stres faktorudur. Hamiləliyin fərqli dövrlərində ürək qüsurları formalaşa bilər. Hamiləliyin 16-cı həftəsindən etibarən fetal exokardioqrafiya metodunun köməkliyi ilə uşaqda ürək qüsurlarının diaqnostikası aparıla bilər. Bu metodla müayinənin aparılması üçün ideal vaxt hamiləliyin 16-24-cü həftələridir, amma müayinəni bütün hamiləlik dövründə aparmaq mümkündür.
- Doğuşdan sonrakı dövrdə hansı hallarda uşaqda ürək qüsurundan şübhələnmək olar? Neanotoloji mərkəzlərdə bu proses necə tənzimlənməlidir?
- Anadangəlmə ürək qüsurları özünü müxtəlif kliniki əlamətlərlə göstərir. Ana uşaqda olan həmin narahatlıqları asanlıqla müşahidə edə bilər. Ağır ürək qüsuru ilə doğulmuş uşaqlarda göyərmə, qidalanma çətinliyi, tez yorulma, tez-tez nəfəsalma kimi simptomlar müşahidə edilir. Ürəyində böyük dəlik olan uşaqlar isə aylarla kökələ bilmir, tez-tez tənəffüs yolları infeksiyaları, göyərmə və bayılma kimi əlamətlər özünü göstərir. Ümumiyyətlə yenidoğulmuş xəstə qrupunda neonatoloji dəyərləndirmə önəmli yer tutur. Uşaq anadan olduqdan sonra qısa müddət ərzində saturometr vasitəsilə qanın oksigenlə doyumluluğu yoxlanılmalıdır. Daha sonra isə pediatr müayinəsi nəticəsində uşağın ürəyində hər hansı küyün eşidilməsi müşahidə olunarsa, uşağın ürək qüsurlu olmasından şübhələnmək lazımdır. Belə olan halda, valideynlər pediatrik kardioloqa yönləndirilməlidirlər.
AZAL martın 31-dən yay uçuş cədvəlinə keçir
Tovuzda 40 yaşlı kişini “tok” vurub öldürüb
“Meta” şirkətində təxminən 20 nəfər azərbaycanlı çalışır
Cəlilabadda sabiq məktəb direktorunun məktəməsi başlayır
Sinoptiklərdən güclü külək, şimşək,yağış və qar xəbərdarlığı
Bakıda informasiya texnologiyaları üzrə beynəlxalq konfrans keçiriləcək
ABŞ indiyədək Ukraynaya 113 milyard $ yardım edib
Salyan sakinindən 2,5 kq heroin götürülüb
Azərbaycan Kuboku: 1/2 finalın cavab oyunları keçiriləcək
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək
Sabah Bakıda 18° isti olacaq
Azərbaycan ötən il Türkiyəyə 1,8 milyard $ investisiya yatırıb
“Crocus City Hall”da xəsarət alanların sayı 551 nəfərə çatıb
İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edildi:Cərimələr artılırdı
Cinayət-Prosessual Məcəlləsinə bir sıra dəyişikliklər edilib
Qubada 3-cü “Aqrobiznesin İnkişafı Forumu” keçirilir
Ermənistanda Vladimir Solovyovun verilişləri qadağan edilib
Milli Məclisin bugünkü iclasında 21 məsələ müzakirəyə çıxarılıb
“Qarabağ” bütün oyunlarını uduzsa belə,yenə çempion olacaq
Ucarda məktəb binası yanıb
Antalya “Böyük Dəbilqə”si: Bu gün 3 cüdoçumuz mübarizəyə qoşulur
Ukrayndan Hindistana “qırmızı xəti” keçməmək xəbərdarlığı
Azərbaycanda ilk sosial televiziya fəaliyyətə başlayacaq
Lavrov Aİ-nin Ermənistandakı missiyasını NATO missiyası adlandırıb
Azərbaycan nefti 89,22 dollara satılır