logo

Dünya Bankı Azərbaycandakı islahatları dəstəkləyir

10:01 18-11-2021 | icon 1015
Dünya Bankı Azərbaycandakı islahatları dəstəkləyir

İqtisadiyyat naziri Mikayıl Cabbarov Dünya Bankının Avropa və Mərkəzi Asiya üzrə regional vitse-prezidenti Anna Byerde ilə görüşüb.

Nazirliyin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, nazir Azərbaycanın beynəlxalq maliyyə qurumları, həmçinin Dünya Bankı ilə tərəfdaşlığa böyük önəm verdiyini, Bankın texniki yardım və maliyyə dəstəyinin yüksək qiymətləndirildiyini qeyd edib. Vurğulanıb ki, Azərbaycan və Dünya Bankı arasında çoxşaxəli sahələrdə əməkdaşlıq qabaqcıl beynəlxalq təcrübənin tətbiqi baxımından xüsusi əhəmiyyət kəsb edir. Görüşdə Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı, investisiyaların təşviqi və biznes mühitinin daha da yaxşılaşdırılması istiqamətində görülən tədbirlər barədə məlumat verilib.

Dünya Bankının Avropa və Mərkəzi Asiya üzrə regional vitse-prezidenti Anna Byerde Bankın ölkəmizlə səmərəli əməkdaşlığını vurğulayıb, Azərbaycanda aparılan iqtisadi islahatların dəstəkləndiyini bildirib.

Tərəflər birgə layihələrin icra vəziyyətini və yeni əməkdaşlıq istiqamətlərini müzakirə ediblər.