logo

Belarusun Brüsseldəki səfirlik binasını yandırdılar

21:27 17-11-2021 | icon 2247
Belarusun Brüsseldəki səfirlik binasını yandırdılar

Belarusun Belçikadakı səfirliyinin binası naməlum şəxslər tərəfindən yandırılıb.

 YeniAvropa xəbər verir ki, bu barədə Belarusun Xarici İşlər Nazirliyi məlumat yayıb. 

 
Qeyd edilir ki, bu səbəbdən konsulluq məsələləri üzrə qəbul müvəqqəti olaraq dayandırılıb. 
 
"Naməlum şəxslər tərəfindən Belarus Respublikasının Belçika Krallığındakı səfirliyinin binasında yanğın törədilməsi nəzərə alınaraq, konsulluq məsələləri ilə bağlı vətəndaşların qəbulu texniki səbəblərə görə müvəqqəti olaraq dayandırılır. Şöbə işə başlayanda əlavə məlumat veriləcək”,-deyə məlumatda bildirilib.