logo

Paşinyan: "Ermənistan Azərbaycanla saziş imzalamağa hazırdır..."

19:09 17-11-2021 | icon 1386
Paşinyan: "Ermənistan Azərbaycanla saziş imzalamağa hazırdır..."

Ermənistanın baş naziri Nikol Paşinyan ölkə parlamentində çıxışı zamanı bildirib ki, İrəvan Bakıya sülh müqaviləsi bağlamağı “təklif edirdi və təklif edir”.

YeniAvropa xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb. 

“Biz Azərbaycana sülh sazişi bağlamağı təklif edirdik və təklif edirik”, -deyə N.Paşınyan bildirib.

Eyni zamanda Ermənistan lideri vurğulayıb ki, sülh sazişi imzalanmazdan əvvəl sənədin mətni razılaşdırılmalıdır ki, bu da öz növbəsində böyük iş tələb edir.