logo

Azərbaycan UNESCO-nun İcraiyyə Şurasına üzv seçilib

18:08 17-11-2021 | icon 406
Azərbaycan UNESCO-nun İcraiyyə Şurasına üzv seçilib

Azərbaycan UNESCO Baş Konfransının 41-ci sessiyası çərçivəsində qurumun İcraiyyə Şurasına üzv seçilib.

 YeniAvropa xəbər verir ki, sessiya çərçivəsində qurumun İcra Şurası üzvlüyünə seçkilər keçirilib. Azərbaycan UNESCO-nun ikinci seçki qrupundan qurumun İcraiyyə Şurası üzvlüyünə namizədliyini irəli sürüb.

Noyabrın 17-də UNESCO Baş Konfransının 41-ci sessiyası çərçivəsində keçirilmiş seçkilərdə Azərbaycan səs çoxluğu ilə İcraiyyə Şurasına üzv seçilib.

Xatırladaq ki, Azərbaycan 2005-2009-cu illərdə də UNESCO İcraiyyə Şurasının üzvü olub.