logo

Mehriban Əliyeva erməni təxribatı nəticəsində həlak olmuş hərbçilərimizin doğmalarına başsağlığı verib

16:56 17-11-2021 | icon 1526
Mehriban Əliyeva erməni təxribatı nəticəsində həlak olmuş hərbçilərimizin doğmalarına başsağlığı verib

Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi "İnstaqram" səhifəsində Ermənistanın törətdiyi növbəti hərbi təxribat nəticəsində yaranan silahlı qarşıdurma zamanı həlak olmuş hərbçilərimizlə bağlı paylaşım edib.

YeniAvropa  həmin paylaşımı təqdim edir: “Ermənistanın törətdiyi növbəti hərbi təxribat nəticəsində yaranan silahlı qarşıdurma zamanı həlak olmuş əsgər və zabitlərimizin doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin, onların ailələrinə səbir versin. Yaralıların tezliklə sağalmasını diləyirəm. Uca Tanrı Vətənimizi qorusun!”.