logo

COVID-19-a qarşı II mərhələ peyvənd olunanların sayı 4 milyon 498 min nəfəri ötüb

16:33 17-11-2021 | icon 2863
COVID-19-a qarşı II mərhələ peyvənd olunanların sayı 4 milyon 498 min nəfəri ötüb

Noyabrın 17-də Azərbaycanda 33 min 784 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vaksinasiya olunub.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 min 864, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 7 min 712 nəfər, “buster” doza ilə peyvənd olunanların sayı isə 21 min 208 nəfər təşkil edir.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 10 milyon 165 min 834, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 5 milyon 33 min 346, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4 milyon 498 min 72 nəfər, “buster” doza ilə peyvənd olunanların sayı 634 min 416 nəfər təşkil edir.