logo

Moskvada MDB ölkələri təhlükəsizlik şuralarının katiblərinin görüşü keçirilib

15:55 17-11-2021 | icon 1421
Moskvada MDB ölkələri təhlükəsizlik şuralarının katiblərinin görüşü keçirilib

Noyabrın 17-də Moskvada MDB üzvü olan ölkələrin təhlükəsizlik şuralarının katiblərinin IX görüşü keçirilib.

 YeniAvropa xəbər verir ki, görüşdə Azərbaycanı təhlükəsizlik şurasının katibi Ramil Usubov təmsil edib. Tədbirdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Stanislav Zas, MDB İcraiyyə Komitəsinin sədri Sergey Lebedev də iştirak edib.

İclas iştirakçıları MDB ölkələrinin təhlükəsizliyinə Əfqanıstan ərazisindən yaranan təhdidlər, MDB ölkələrinin miqrasiya sahəsində əməkdaşlığı məsələlərini, biotexnologiyaların inkişafı ilə bağlı problemləri diqqət mərkəzində saxlayıblar. Humanitar münasibətlər, informasiya-kommunikasiya texnologiyalarından (İKT) cinayətkar məqsədlərlə istifadə edilməsinə qarşı mübarizə məsələləri də müzakirə edilib.

MDB ölkələrinin iqtisadiyyatının bərpası və dövlət sərhədlərinin açılması prosesləri ilə əlaqədar miqrasiya sahəsində əməkdaşlığı möhkəmləndirməyin zəruriliyi vurğulanıb.

MDB ölkələrinin təhlükəsizlik şuralarının katibləri milli təhlükəsizliyə təhdidlərin sürətlə artmasını bildirib və İKT-dən cinayətkar məqsədlərlə istifadə edilməsinə qarşı birgə mübarizə tədbirləri hazırlayıblar.