logo

Avropa Şurası Nazirlər Komitəsinə sədrlik  İtaliyaya keçib

15:30 17-11-2021 | icon 1533
Avropa Şurası Nazirlər Komitəsinə sədrlik  İtaliyaya keçib

İtaliyanın Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi başlayıb.

 YeniAvropa xəbər verir ki, Avropa Şurasının Nazirlər Komitəsinə sədrliyin Macarıstandan İtaliyaya keçməsi ilə bağlı 47 üzv dövlətin nümayəndələri bir araya gəliblər. Əvvəlcə Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ölkəsinin əldə etdiyi nailiyyətlər barədə məlumat verib.

Nazirlər Komitəsinin yeni sədri, İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Luici di Mayo ölkəsinin altı ay ərzində fəaliyyət göstərəcək sədrliyinin prioritetlərini təqdim edib. Bildirib ki, İtaliya fəaliyyətini üç əsas mövzuya yönəldəcək: ortaq prinsip və dəyərlərə sadiqlik, qadınların səlahiyyətlərinin, eləcə də uşaq və yeniyetmələrin hüquqlarının möhkəmləndirilməsi və əsasında insan duran etibarlı gələcəyin qurulması.