logo

İlham Əliyev Bakı şəhər İcra Hakimiyyətinə 18,8 milyon manat ayırdı

14:15 17-11-2021 | icon 1505
İlham Əliyev Bakı şəhər İcra Hakimiyyətinə 18,8 milyon manat ayırdı

Prezident İlham Əliyev noyabrın 17-də “Bakı şəhərinin mənzil-kommunal təsərrüfatının maddi-texniki təchizatının yaxşılaşdırılması ilə əlaqədar tədbirlər haqqında” Sərəncam imzalayıb.

YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Sərəncama əsasən, Bakı şəhər İcra Hakimiyyətinin mənzil-kommunal təsərrüfatının kommunal təyinatlı texnika ilə təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Bakı şəhər İcra Hakimiyyətinə 18 milyon 800 min manat ayrılıb.