logo

DÇ-2022:Avropa zonası üzrə "pley-off"un püşkatması keçiriləcək

13:54 17-11-2021 | icon 1330
DÇ-2022:Avropa zonası üzrə "pley-off"un püşkatması keçiriləcək

2022-ci il futbol üzrə dünya çempionatının Avropa zonası üzrə "pley-off" mərhələsinin püşkatmasının səbətləri və vaxtı müəyyənləşib.

YeniAvropa xəbər verir ki, 10 qrup ikinciləri arasında ən yaxşı göstəriciyə malik 6 komanda səpələnmişlər səbətində yer alacaq. Bu kollektivlər "pley-off" matçlarına ev sahibliyi edəcəklər.

Digər 4 qrup ikincisi və Millətlər Liqasından gələn 2 yığma isə səpələnməmişlər sırasında olacaq. Yeri gəlmişkən, Türkiyə millisi səpələnməyənlər qrupunda olacağından matçlarını səfərdə keçirəcək.

Beləliklə, "pley-off" iştirakçısı olan 12 komanda üç “dördlük” təşkil edəcək. Yarımfinal və final görüşlərindən sonra dünya çempionatına yollanacaq daha üç yığma bəlli olacaq.

Qeyd edək ki, "pley-off" mərhələsinin püşkatması noyabrın 26-da, oyunları isə 2022-ci il martın 24-25-də və 28-29-da baş tutacaq.