logo

ABŞ Azərbaycana daha 30 minaaxtaran it göndərəcək

12:07 17-11-2021 | icon 1400
ABŞ Azərbaycana daha 30 minaaxtaran it göndərəcək

“Növbəti ilyarım ərzində Azərbaycana 30 minaaxtaran it veriləcək”.

 YeniAvropa xəbər verir ki, bu barədə ABŞ-ın “Marşal” Miras İnstitutu məlumat yayıb.

 Bildirilib ki, artıq ilk 12 minaaxtaran it təlimlərə başlayıb: "Onlar beynəlxalq mina təmizləmə standartlarına uyğun sertfikat aldıqdan sonra öz işlərinə başlayacaqlar”.

Qeyd olunub ki, “Marşal” Miras İnstitutu 2005-ci ildən Azərbaycanda ərazilərinin minalardan təmizlənməsi üzrə yerli qurum olan Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) ilə əməkdaşlıq edir.

"“Marşal” Miras İnstitutu iAzərbaycanın ndiyədək otuz milyon kvadratmetrdən çox ərazini təmizləyən 40 minaaxtaran itlə təmin etməkdən qürur duyur”, - deyə məlumatda bildirilib.