logo

Rusiya Azərbaycana aviareyslərin sayını artırır

19:46 16-11-2021 | icon 2163
Rusiya Azərbaycana aviareyslərin sayını artırır

Rusiya dekabrın 1-dən Azərbaycana aviareyslərin sayını artırır.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki,bu barədə ölkənin Koronavirusla Mübarizəyə dair Operativ Qərargahı məlumat yayıb.

Dekabrın 1-dən Rusiyanın beynəlxalq aviareyslər həyata keçirən aeroportlarından Azərbaycana uçuşların sayı 2 reys artırılacaq, Moskva-Bakı marşrutu ilə müntəzəm aviareyslərin sayı həftədə 14 reysə çatdırılacaq.

Qərara əsəsən, Qazaxıstan, Qırğızıstan, İtaliya, Vyetnama da uçuşların sayını da artırmaq nəzərdə tutulub.

Bundan əlavə, Rusiya dekabrın 1-dən Argentina, Braziliya, Banqladeş, Kosta-Rika və Monqolustana uçuşları bərpa edir, Kuba, Meksika və Qətərə uçuşlara qoyulmuş məhdudiyyətləri götürür.