logo

Türk lirəsi dollara qarşı rekord minimuma endi-10,25 TL !

18:59 16-11-2021 | icon 2023
Türk lirəsi dollara qarşı rekord minimuma endi-10,25 TL !

Türkiyə Mərkəzi Bankının uçot dərcəsini bir qədər də azaldacağına dair gözləntilər fonunda türk lirəsi ABŞ dolları qarşısında növbəti dəfə rekord həddə ucuzlaşıb.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki,  bu gün günün ikinci yarısında qardaş ölkədə 1 ABŞ dolları 10,25  yeni türk lirəsinə(TL) bərabər olub.

Xatırladaq ki, lirənin kəskin ucuzlaşması ötən ayın ortalarında TMB-nin üç vəzifəli şəxsinin, o cümlədən sədrin iki müavinin işdən çıxarılması fonunda başlayıb. Oktyabrın sonunda isə tənzimləyici qurum uçot dərəcəsini 18 faizdən 16 faizə endirib. Bundan sonra milli valyutanın ucuzlaşması sürətlənib.