logo

Vladimir Putin İbrahim Rəisi ilə  Qarabağı müzakirə edib

18:05 16-11-2021 | icon 2163
Vladimir Putin İbrahim Rəisi ilə  Qarabağı müzakirə edib

Rusiya prezidenti Vladimir Putin və İran İslam Respublikasının prezidenti Seyid İbrahim Rəisi Qarabağ ətrafında vəziyyəti müzakirə ediblər.

YeniAvropa Kremlin mətbuat xidmətinə istinadla xəbər verir ki, Rusiya və İran prezidentləri arasında telefon söhbəti olub. Söhbət zamanı ikitərəfli əməkdaşlıqla bağlı əsas məsələlər, o cümlədən iri müştərək investisiya layihələrinin həyata keçirilməsi, habelə koronavirus infeksiyasının yayılmasına qarşı mübarizədə qarşılıqlı fəaliyyət məsələləri nəzərdən keçirilib.

Tərəflər Qarabağ ətrafında vəziyyət mövzusuna da toxunublar. Vladimir Putin atəşkəs rejiminin təmin edilməsi, təsərrüfat və nəqliyyat əlaqələrinin bərpası, regionda dinc həyatın bərqərar olması üçün Rusiya tərəfindən görülən tədbirlər barədə məlumat verib.

Dövlət başçıları beynəlxalq gündəliyin aktual mövzularını, o cümlədən Suriya və Əfqanıstanda vəziyyəti də müzakirə ediblər. İranın nüvə proqramı ilə bağlı Geniş Əhatəli Birgə Fəaliyyət Planı ilə bağlı vəziyyətə diqqət yetirilib.

Müxtəlif səviyyələrdə əlaqələrin davam etdirilməsi qərara alınıb.