logo

Mikayıl Cabbarov:Bu il qeyri-neft ixracın həcmi 2,4 milyard dolları ötəcək

17:57 16-11-2021 | icon 2695
Mikayıl Cabbarov:Bu il qeyri-neft ixracın həcmi 2,4 milyard dolları ötəcək

Cari ilin on ayında qeyri-neft ixracının həcmində 42 faizlik artım müşahidə olunub. Bu, ən yüksək tarixi göstəricidir.

YeniAvropa xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov 2022-ci il dövlət büdcəsinin müzakirəsi ilə bağlı parlamentin noyabrın 16-da keçirilən iclasında deyib.

Nazir qeyd edib ki, 2021-ci il üzrə qeyri-neft ixracının həcminin 2,4 milyard dollardan çox olacağı gözlənilir.